5 oktyabrda Milli Şuranın vahid namizədi Cəmil Həsənli seçicilərlə paytaxtda sonuncu mitinqini keçirib. Bu dəfəki mitinqdə yalnız Cəmil Həsənli çıxış etdi və prezident seçiləcəyi təqdirdə keçid hökümətinin görəcəyi işlər haqda daha geniş danışdı. “Doğrunu seç” şüarı ilə keçirilən mitinq həm də fərqli formatı ilə seçilirdi, vətənpərvərlik, birlik və mübarizlik tərənnüm edən mahnılardan parçalar səsləndirilirməsi tədbirə bayram əhval ruhiyyəsi qatmışdı. Havanın soyuq və yağmurlu olmasına rəğmən meydana minlərlə insan toplaşmışdı.