Cəmil Həsənli ilk mitinqini keçirdi

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli təbliğat kompaniyası çərçivəsində ilk mitinqini keçirdi. Sentyabrın 22-də Bakı şəhərində baş tutan icazəli mitinqin əsas şüarı “Bəsdir!” oldu. Mitinqdə “istefa”, “siyasi məhbuslara azadlıq”, “iki dəfə bəsdir, getmək vaxtı gəldi”, “İlham debata gəl, üzünü görək”, “Cəmil bəy gələcək, zülm bitəcək” kimi şüarlar da səsləndirildi. Təxminən 10 mindən çox insanın iştirak etdiyi bildirilən mitinq ciddi müdaxilə olmadan keçdi.

Ana səhifəVideoCəmil Həsənli ilk mitinqini keçirdi