Cəmil Həsənli Avropa Parlamentində mühüm görüş keçirib

Milli Şuranın vahid namizədi Cəmil Həsənli Avropa Parlamentində mühüm görüş keçirib

Source:

Meydan TV’nin Brüsseldəki əməkdaşının verdiyi məlumata görə bu gün Milli Şuranın vahid namizədi Cəmil Həsənli Avropa Parlamentində Xarici Əlaqələr komitəsinin sədri Elmar Brok (Almaniya Xristian Demokrat Partiyası) və Anna Gomeslə (Xarici Əlaqələr Komitəsinin sosialist nümayəndəsi) maraqlı görüş keçirib.

Avropa parlamentinin iki ən böyük siyasi qruplarının iki nüfuzlu üzvü Avropa Parlamentinin qısamüddətli müşahidə missiyasının Azərbaycanda seçkilərin azad və ədalətli keçirildiyinə dair bəyanatı ilə razılaşmadıqlarını bildiriblər. Hər iki deputat öz kolleqalarının verdiyi bəyanatla əlaqədar təəccüblənərək, təəssüf hissi keçirdiklərini qeyd ediblər.

Həmçinin görüşdə o da qeyd olunub ki, onlar sözün həqiqi mənasında şokdadırlar ki, Avropa Parlamenti (AB) və Avropa Şurası Parlament Assambleyası seçkilərdə ciddi qanun pozuntusu olduğunu iddia edən ATƏT-in uzunmüddətli müşahidə missiyasının nəticələri ilə bir-birinə bu qədər zidd bəyanatlar veriblər.

Dünən axşam isə xarici əlaqələr komitəsinin Azərbaycandakı seçkilərin nəticələri ilə bağlı növbədənkənar görüşü keçirilib.

Ana səhifəXəbərlərCəmil Həsənli Avropa Parlamentində mühüm görüş keçirib