Cəbrayılda Sənaye Parkı yaradılacaq

Fərmanda Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin İqtisadi Zonaların İnkişafı Agentliyinə icarəyə verilməsi göstərilib.

Source: Arxiv


Xudafərin istiqamətində sərhəd-gömrük keçid məntəqəsinin açılması da nəzərdə tutulub

Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılacaq.

Bu barədə övlət başçısı İlham Əliyev sentyabrın 4-də fərman

imzalayıb

.

Sənədə bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl ərazisində yerləşən tarixi Xudafərin körpüsü istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da nəzərdə tutulub. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında istifadə ediləcək.

Fərmanda qeyd olunub ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.

Sənaye Parkının fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirəcək: "Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın".

Fərmanda Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin İqtisadi Zonaların İnkişafı Agentliyinə icarəyə verilməsi göstərilib.

Cəbrayıl rayonu 2020-ci ilin 4 oktyabrında işğaldan azad

edilib

.

Rayon 1993-cü ilin avqustunda işğal olunmuşdu.

Ana səhifəİqtisadiyyatCəbrayılda Sənaye Parkı yaradılacaq