Ərazidə neçə məktəbin dağıdıldığı araşdırılır
“Ermənilərin açdığı artilleriya atəşi nəticəsində neçə məktəbə ziyan dəyməsi ümumiləşdirilir. Artıq bir neçə faktla bağlı bizə məlumat daxil olub. Günün sonuna qədər tam məlumatlar əlimizdə olacaq”.
“Report”-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir həmçinin ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanan məktəbliyə baş çəkib.
O, Bərdə Müalicə-Diaqnostika Mərkəzində Tərtər rayonu, Seydimli kənd sakini, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Samid oğlunun səhhəti ilə maraqlanıb.
Nazir məktəbliyə çoxlu kitab, dərslik göndərəcəyinə söz verib.
M. Cabbarov bildirib ki, güllə yarası almış 13 yaşlı Azərbaycan şagirdinin düşüncə tərzi, vətənə, tarixə, yaşadığı əraziyə, Azərbaycana, Qarabağa olan münasibəti çox yaxşı göstəricidir: “Məktəbliyə baş çəkdik, təəssüflər olsun ki, belə hallar baş verir. Bu bölgədə tədris prosesi ümumilikdə davam etdirilir. Elə məktəblərimiz var ki, orada müvəqqəti olaraq dərslərin keçirilməsini dayandırmışıq, həmin dərslər qonşu kəndlərin tədris ocaqlarında davam etdirilir”.