Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edildi

Azad Cavadov məhkəmə zalında həbs edildi

Source:


Azad Cavadov məhkəmə zalında həbs edildi

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa yekunlaşıb.

Meydan TV-nun məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərə hökm elan edilib.

Məhkəmə hökmünə əsasən Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən C.Hacıyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan əlavə, o, Azərbaycan Beynəlxalq Banka 63 milyon manat , “Aqrokredit”QSC-yə isə 7 milyon manat ödəməlidir.

Bakı Fındıq Zavodunun direktoru işləmiş, hazırda zamində olan Azad Cavadov isə məhkəmə zalında həbs edilib. O, 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxs bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov və bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev həbsdən azad edilib. Məhkəmə onun da barəsində 3 il şərti cəza təyin edib.

C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Ana səhifəXəbərlərCahangir Hacıyev 15 il azadlıqdan məhrum edildi