Bu il Bakıda daha bir avtomobil yarışı keçiriləcək

Formula 1-lə eyni günlərdə GP2 yürüşü baş tutacaq.

Source:

Cari ilin iyun ayında Formula 1-in Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıda daha bir yarış keçiriləcək.

Bakı Şəhər Halqasından (BŞH) “Report”a verilən məlumata görə, Formula 1-lə eyni günlərdə GP2 yürüşü baş tutacaq.

Bir müddətdir davam edən danışıqlardan sonra GP2 və BŞH arasında razılıq əldə olunub. Yarışın Bakıda keçirilməsinə isə dünən qərar verilib.

Artıq GP2 seriyası öz təqvimini açıqlayıb. Mayda start götürəcək yarış 17-19 iyunda paytaxt Bakıda olacaq.

Avtomobil yarışı olan GP2 2005-ci ildən keçirilir. Formula 1-ə bənzəyən bu yarışda iştirak edən bütün komandaların pilotları “Dallara” avtomobili və “Pirelli” təkərlərindən istifadə edir. GP2-də 13 komanda və 26 pilot yarışır.

Ana səhifəXəbərlərBu il Bakıda daha bir avtomobil yarışı keçiriləcək