Bu il Azərbaycanı hansı şirkətlər tərk etdi?

Source:
foto Turan İA
foto Turan İA

Şirkətlərin və səfirliklərin gedişi “ciddi hadisələr”in mümkünlüyündən xəbər verir

İl həyəcanlı xəbərlər ilə başa çatır – Amerikanın nəhəngi, 1995-ci ildə ölkənin müasir neft sənayesinin əsasını qoyan neft şirkətlərindən biri “Exxon Mobil” Azərbaycanı tərk edir. Azərbaycanda “Exxon”un fəaliyyətinin dayandırılması gözlənilirdi.

Bakıdakı Landmarkda bu şirkətin ofisinin təchizatı heyrət doğururdu, indi isə demək olar ki, orada heç kim yoxdur, ekspert İlham Şaban öz fikirlərini bölüşür.

Amerikanın “Shevron” neft şirkətinin də eyni niyyəti barədə xəbərlər var.

Bir müddət əvvəl Azərbaycan mətbuatında Amerikanın qlobal kompüter şirkəti hp – Hyulett Paccard-ın nümayəndəliyinin ölkədən gedişi barədə məlumat yayıldı.

Nümayəndəliyin bağlanması göstərir ki, Azərbaycanda bu şirkətin məhsullarının satışı o qədər əhəmiyyətsizdir ki, nümayəndəliyi saxlamağın mənası yoxdur.

Ekspert Osman Gündüz hesab edir ki, 15 ildən çoxdur ki, Azərbaycanın İT sahəsində lider mövqeyini tutan, ölkənin təhsil və İKT sektorlarına töhfə verən hp-nin ölkədən getməsi Azərbaycan iqtisadiyyatının bu sahəsi üçün mənfi nəticələrsiz ötüşməyəcək. Hp-nin üzərinə götürdüyü öhdəlikləri hansı şirkətin yerinə yetirəcəyi məlum deyil, O.Gündüz Facebook-da yazıb.

Dekabrın 5-də Vergilər Nazirliyi Britaniyanın GE Oil & Gas UK Limited neft-servis şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırıldığını elan edib.

Şirkətin Azərbaycandakı filialı 2015-ci ildə qeydiyyatdan keçib. Şirkət Abşeron yarımadasının dayazsulu sahələrində potensial perspektivli strukturlarda 3D- seysmik tədqiqatlar aparıb.

2018-ci ilin yanvarında Sinqapurun “Keppel” gəmidüzəltmə korporasiyasının törəmə şirkəti olan Caspian Shipyard Company (CSC) MMC könüllü ləğvini elan edib. “Keppel Corporation Limited elan edir ki, onun Caspian Shipyard Company MMC törəmə şirkəti şirkətin yaradıması ilə bağlı AzerFELS Pte Ltd (Keppel Offshore & Marine Ltd-nin törəmə şirkəti), SOCAR Azərbaycan Dövlət Neft Şirkəti və Lukoil Europe Holdings BV arasında bağlanmış sazişin fəaliyyət müddəti başa çatdıqdan sonra könüllü ləğvə başlayıb”, – bəyanatda deyilirdi.

2018-ci ilin avqust ayı Azərbaycan iqtisadiyyatı üçün xüsusilə kədərli oldu. Beş xarici şirkətin ölkədəki nümayəndəlikləri bağlandıqlarını elan etdilər: Amerikanın Chemonics International INC, Britaniyanın Baker & McKenzie CIS LIMITED, Nippon Koei Uk Go, LTD (Yaponiya), SAMFA İnşaat Dekorasyon Peyzaj Sanayi Ticaret Limited (Türkiyə) və Simberg Partners Limited (Finlandiya) şirkətləri.

Bu il baş verənlər ötən ildə şirkətlərin xarici nümayəndəliklərinin bağlanmasının davamı idi. Belə ki, sentyabrda (2017-ci il) Burintek elmi-istehsalat müəssisəsi (Rusiya), Burintex Azərbaycan işi dayandırdıqlarını bildirdilər. Globalink Logistics Group Ltd. şirkəti (BƏƏ) də ölkədəki nümayəndəliyini ləğv etdi. Sentyabrın 15-də Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim şirkəti Azərbaycan nümayəndəliyini ləğv etdi.

2018-ci ildə Norveç Krallığının Azərbaycandakı səfirliyinin bağlanması elan edilib.

AND – azərbaycanlı mühacirlərin təşkilatının rəhbəri, keçmiş diplomat Arif Məmmədov xarici şirkətlərin və səfirliklərin Azərbaycanda işləmək istəməməsini “gələcəkdə baş verə biləcək ciddi hadisələrin çox həyəcanlı əlaməti” adlandırıb.

Ana səhifəAnalitikaBu il Azərbaycanı hansı şirkətlər tərk etdi?