Bu gün Həsən Hüseynlinin məhkəməsi keçiriləcək

Aprelin 2-də saat 13-də Gəncə şəhərinin Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” təşkilatının rəhbəri Həsən Hüseynlinin məhkəməsi keçiriləcək. Bu barədə Meydan TV-yə saxlanılan şəxsin vəkili Elçin Sadıxov məlumat verib.

Source:

Avropa Birliyindən həbsə reaksiya: “AB nümayəndəliyinin bu QHT ilə çox faydalı əməkdaşlığı olub, Gəncədəki layihələrimizin nəticələrindən çox məmnun qalmışıq”

Aprelin 2-də saat 13-də Gəncə şəhərinin Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” təşkilatının rəhbəri Həsən Hüseynlinin məhkəməsi keçiriləcək. Bu barədə Meydan TV-yə saxlanılan şəxsin vəkili Elçin Sadıxov məlumat verib.

Martın 31-də Gəncədə həbs edilən QHT rəhbəri Həsən Hüseynli “xuliqanlıq” da ittiham edilir. DİN mətbuat xidməti aprelin 1-də yaydığı məlumatda Həsən Hüseyinlinin öz həmyerlisi olan Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyi üçün saxlanıldığı bildirilib. Və ona qarşı Gəncə Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

H. Hüseynlinin ailəsi və vəkilləri deyilənləri təkzib edərək bunun təxribat olduğunu, onun fəaliyyətinə görə saxlandığını söyləyirlər.

Avropa Birliyinin nümayəndəliyi hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsini izləyəcək. Bu barədə AB-nin Bakıdakı səfiri Malena Mard Azadlıq Radiosuna açıqlama verib. Onun sözlərinə görə, xuliqanlıq ittihamı barədə eşidiblər, ancaq bunun nəyi ehtiva etməsini bilmək üçün məsələni araşdırmalıdır. “Onu da deməliyəm ki, AB nümayəndəliyinin bu QHT ilə çox faydalı əməkdaşlığı olub. Gəncədəki layihələrimizin nəticələrindən çox məmnun qalmışıq. Gənclər üçün müzakirə dərnəkləri açılıb. Özəlliklə bu səbəbdən hadisələrin inkişafını xüsusi diqqətlə monitorinq edəcəyik. Çünki bu şəxsin rəhbərlik etdiyi QHT ilə əməkdaşlıq etmişik”.

Malena Mard aprelin 2-də keçirilən məhkəmə prosesində ittihamların, hadisənin tarixçəsinin aydınlaşacağını sözlərinə əlavə edib.

Ana səhifəXəbərlərBu gün Həsən Hüseynlinin məhkəməsi keçiriləcək