Bir ailədən iki siyasi məhbus… (VİDEO)

Jurnalist, siyasi məhbus, Tofiq Yaqublunun qızı Nigar Yaqublu bu radio dalğasına çox qulaq asdığını deyir.

Nigar Yaqublu 2012-ci ilin avqustunda avtomobil qəzasına düşmüşdü. Qəza nəticəsində onunla bir yerdə olan Aydın Acalov dünyasını dəyişmişdi. Ardınca Nigarı həbs edib və 2 il 6 ay azadlıqdan məhrum edirlər.

Nigarın atası Tofiq Yaqublu qızının həbsi barədə danışır. Ardınca isə qızı həbsdə olan zaman atasının saxlandığı xəbərini eşidəcəkdi.

Nigar Yaqublu həbs olunarkən məntəqə tipli cəzaçəkmə müəssisəsində şəxsiyyət vəsiqəsi götürüldüyü üçün hazırda onun şəxsiyyət vəsiqəsi yoxdur. Odur ki, 16 aydır atası ilə görüşə bilmir.

Maya Yaqublu hazırda həbsdə olan vicdan məhbusu Tofiq Yaqublunun həyat yoldaşıdır. O, hər həftə 1 saylı Bakı istintaq təcridxanasına gedərək, həyat yoldaşı ilə görüşür.

Tofiq Yaqublunun oğu Rəhim universitetə hazırlaşır. Vaxtaşırı futbol olnayır və atası üçün darıxdığını gizlətmir.

Saat 21:35-i göstərir. Nigar çayları süzür söhbətləşirik.

Çəkilişi bitirib reportajı hazırlamağa gedirəm. Bu ailə Azərbaycanda olan 130 siyasi məhbus ailəsindən biridir. Siyahının artmaması ümüdi ilə hələlik…

Ana səhifəVideoBir ailədən iki siyasi məhbus… (VİDEO)