şərti foto

Mənbə: shared.com

Başlıq: şərti foto

Bərdədə azyaşlı qız zəncirlənmiş vəziyyətdə tapılıb

Məqalə yeniləndi:  24 İyul 2021

Ana və tanışı yeniyetməni tərbiyələndirmək istədiklərini deyib

Bərdə rayonunda yetkinlik yaşına çatmayan qız sanitar qovşaqda dəmir boruya zəncirlənmiş vəziyyətdə tapılıb. Bununla əlaqədar Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3 (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə cinayət işi başlanıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan bildirilib ki, yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Həmin məlumat əsasında əməliyyat-istintaq qrupu hadisə yerində olub.

“İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayev birgə yaşadıqları evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar”, - prokurorluğun məlumatında bildirilir.

Hazırda sözügedən cinayət işi üzrə istintaq davam edir.

Hadisə ilə əlaqədar qızını dəmir boruya bağlamaqda ittiham olunan Şəlalə İsmayılova və tanışı Ruslan Rzayevin onların ünvanına deyilənlərlə bağlı fikirlərini öyrənmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gk4qqd

Ən çox baxılan