Belqorodun mərkəzində partlayış baş verib

FTX-nın yerli idarəsinə hücum olduğu deyilir

“Novaya Qazeta Yevropa”nın materialı

Mayın 22-si axşam saatlarında Belqorodun mərkəzində partlayış baş verib, “Belqorod – Molniya”. “Bletqorod” yerli “Telegram”kanalları xəbər verir. “Mash”, “SOTA” və Kremlyönlü “Rlbar” “Telegram” kanalının yazdığına görə, hücumun məqsədi Belqorod vilayətinin FTX İdarəsi olub.

“Bletqorod”un verdiyi xəbərə görə, partlayışdan sonra Preobrajünskaya küçəsi bağlanıb. Həmin küçədəki 47 saylı binada FTX yerləşir.

“Mediazona”nın qeyd etdiyi kimi, ondan yarım kilometr məsafədə, paralel küçədə Belqorod vilayətinin DİN-in idarəsi yerləşir.

“Mash” təsdiqləyir ki, FTX binasının damına “drondan qısaldılmış snayper tüfəngi atıblar”, “dron həmçinin yaxınlıqda yerləşən DİN idarəsinə hücum edə bilər”. İlkin məlumata görə, zərərçəkən yoxdur. Yaxınlıqdakı Knyaz Trubetski, Preobrajenskaya. Nikolay Çumiçov küçələri və Belqorodun mərkəzindəki Slava prospekti bağlanıb.

Bölgənin qubernatoru Vyaçeslav Qladkov, FHN və hüquq-mühafizə orqanları Belqoroddakı partlayışa şərh verməyib. Vilayət rəhbəri axşamdan xeyli keçmiş Ukrayna silahlı qüvvələrinin Borisovka qəsəbəsini atəşə tutduqlarını söyləyib, zərərçəkənlər yoxdur.

“Pilotsuz uçuş aparatından inzibati binalardan birinə partlayıcı qurğu atılıb. Yanğın baş verməyib, dam deşilib”, – o əlavə edib. Sonra, gecəyarısı o, Borisovkada inzibati binaya ikinci pilotsuz uçuş aparatından partlayıcı qurğu atıldığını, həmçinin Qrayvoronda iki mülki evin pilotsuz uçuş aparatının hücumuna məruz qaldığını xəbər verib. Qladkov iki saatdan sonra bəyan edib ki, Borisovka rayonuna pilotsuz uçuş aparatından partlayıcı qurğu atılıb.

Hakimiyyətin dediyinə görə, Qrayvoron ərazisinə “Ukrayna silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu” girdikdən sonra mayın 22-si Belqorod vilayətində “kontr-terror əməliyyatı” rejimi tətbiq olunub. Bu rejim daxilində, rəsmi mənbələr istisna olmaqla, istənilən məlumatın yayılması qadağan olunur.

Ana səhifəDünyaBelqorodun mərkəzində partlayış baş verib