“Bankların “parnik” dövrü başa çatdı”

“Hazırkı şəraitdə riskləri daha yaxşı idarəedən banklar fəaliyyətini davam etdirə biləcək”

Source:


“Hazırkı şəraitdə riskləri daha yaxşı idarəedən banklar fəaliyyətini davam etdirə biləcək”

Hazırda banklarda manat qıtlığının əsas səbəbi dollarla olan əmanətlərin artımıdır. Bu ilin ilk 2 ayı ərzində əhalinin bank əmanətlərin valyuta tərkibindəki dəyişikliklər bu prosesi daha da kəskinləşdirib. Bu da milli iqtisadiyyatda dollarlaşma səviyyəsinin sürətli artımı ilə bağlıdır.

İqtisadçı Qubad İbadoğlu bu fikirləri öz Facebook səhifəsində paylaşıb.

İqtisadçı Mərkəzi Bankın martın 1-ə açıqladığı məlumatı misal çəkərək yazır ki, yalnız fevral ayında banklardan 1 milyard 288 milyon 500 min manat vəsait milli valyuta ilə geri çəkilib. Onun müqabilində həmin ay ərzində banlara 2 milyard 99 milyon dollar vəsait xarici valyuta ilə yerləşdirilib. Yəni fevral ayında manatla olan əmanətlər əvvəlki ayla müqayisədə 30 faiz azaldığı halda, dollarla əmanətlər 73,5 faiz artıb. Beləliklə də bu ilin mart ayının 1-nə, əhalinin ümumi əmanətlərin 37,5 faizini manatla, 62,5 faizini isə dollarla olan əmanətlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin oktyabr ayında bu göstərici tamamilə əksinə idi. Yəni, fiziki şəxslərin o zamana olan cəmi əmanətlərində manatla əmanətlərin payı 63 faiz, dollarla əmanətlərin payı isə 37 faiz təşkil edirdi.

Qubad İbadoğlu bildirib ki, ötən 4 ay ərzində bu nisbətin sürətlə dəyişməsi ilk növbədə də bankların işini xeyli çətinlışdirir: “Belə ki, parnik şəraitində bəslənən banklar dollarla yığdığı vəsaitləri həmin valyuta ilə kredit verməkdə çətinliklər və risklərlə üzləşirlər. Çünki, martın 1-ə olan digər məlumata görə, vaxtında geri qaytarılmayan borcların məbləği 1 milyard 138 milyon 200 min manatı ötüb. Yalnız fevral ayında bu qəbilədən olan borclar 107,3 milyon manat artıb”.

Ana səhifəXəbərlər“Bankların “parnik” dövrü başa çatdı”