Bura Dəhnə adlanır. Lənkəran çayının Xəzər dənizinə birləşdiyi hissə. Burada daha çox balıqçılara rast gəlmək olur. Onlar deyir ki, Dəhnədən əsasən kütüm tuturlar.
“Hər balığın öz yemi var. Nəyə öyrənir, ona da gəlir. Məsələn, buraya kütüm gəlir. Kütüm çörəyə gəlir. Sazan balığı isə balaca xərçənglərə gəlir. Şamayka və vobla isə soxulcana, qurda gəlir” – balıqçılar məlumat verirlər.