Yanvarın 31-dən etibarən yağan qar şəhərdə nəqliyyatın hərəkətini dayandırıb. Dayanacaqların, keçidlərin, metro stansiyalarının qarşısına mərmər və qranit döşəndiyindən piyadalar üçün də sürüşmə təhlükəsi yaranıb. Bu gün səhər saatlarından yolların təmizlənməsinə başlanılıb. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatları süpürgəçilərin köməyi ilə yolları təmizləməyə çalışır. Aralarında yaşlı qadınların çətinliklə qar təmizləməsi diqqət çəkir.
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 1 Fevral 2017 15:54
Son dəyişiklik: 29 Oktyabr 2021 16:11