Bakının ”Kubinka” adlanan köhnə məhəlləsi

“Kubinka”nın ən qədim yeri indiki göydələnlərin altında qalıb

Source:

“Kubinka”nın ən qədim yeri indiki göydələnlərin altında qalıb. Həmin ərazidə keçmişdə bazar olub.Əslində indiki ərazi “Kubinka” sayılmır. Əsl “Kubinka” yeni evlərin altındakıdır. Hansı ki, “Şərikli Çörək” filmi də həmin ərazidə çəkilib.

“Keçmişdə şənbə-bazar günlərində, indiki dərsanələrin yerində faytonlar düzülərdi. Şəhərin müxtəlif yerlərindən insanlar bura balıq almaq üçün gələrdi. Balıqçılar da öz mallarını satmaq üçün alıcılara “Balıq var”, “Gəl, ay müştəri, qızıldandı dişləri” kimi çağırışlar edərdilər.

O vaxtlar burada hər kəs bir-birinə “salam” verib keçərdisə, indi bu adət də yaddan çıxarılıb.

Məhəllədə həmin günlər elə bil ki, bayram olardı. Hamı bir-birinə qaynayıb-qarışardı.

Ana səhifəFotoreportajBakının ”Kubinka” adlanan köhnə məhəlləsi