Bakının İlaxır çərşənbəsi

Martın 15-də Azərbaycanda ilaxır çərşənbəsi qeyd olunub. Novruz bayramında müxtəlif ayin və mərasimlər keçirilir. Həyatın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan çərşənbələrdə tonqal qalanır, qapılara papaq atılır. Hər kəs də evində olan ərzaqlardan papaq sahibinə bayram payı verir. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Bakıda ilaxır çərşənbəsi bir qədər sönük keçib. Sakinlər yalnız tonqalın başına toplaşaraq bir-birlərini təbrik ediblər. Yalnız köhnə məhəllələrdə papaqatdı mərasiminə rast gəlinib. Yeni binaların əksəriyyətində bu adət keçirilməyib.

Ana səhifəFotoreportajBakının İlaxır çərşənbəsi