Qurban Bayramı İslam aləmində müqəddəs günlərdən hesab olunur. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə, imkansızlar bayram günü ac qalmasınlar deyə mərasimlərə dəvət olunurlar.
Nazirlər Kabinetinin “Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün – sentyabrın 12-13-ü qeyri-iş günləridir.
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 12 Sentyabr 2016 19:22
Son dəyişiklik: 29 Oktyabr 2021 16:01
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-bakida-qurban-bayrami-kecirilib.html
Ana səhifə ▸ Fotoreportaj ▸