Bakıda Qədr gecəsi – fotoreportaj

İslam aləmində oructutma ayı olan Ramazan 1 ay davam edir. Dini inanclara görə, Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər. Ramazan ayının sonunda 3 gün bayram edilir.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar.

İslam dininə örə, Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilib, nazil olub. Bunun həmin ayın 19-u, 21-i, 23-ü gecə baş verdiyi güman edilir. Bu gecə “Leylət əl-Qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3–5)

Müsəlmanlar Qədr gecələrində xüsusi ayinlər keçirir, ibadətlər edir, dualar səsləndirirlər. Həmin gecə əsasən “Bikə ya Allah” (Səni özünə and verirəm, ey Allah) adlanan, yəni başa Quran qoyulub, zikrlər, dualar edilməsi ayini ilə məşhurdur. Meydan TV Bakıda keçirilən Qədr gecəsi mərasimindən fotoreportajı sizlərə təqdim edir.

Ana səhifəFotoreportajBakıda Qədr gecəsi – fotoreportaj