Bakıda MİKTA Film Festivalı başlayır

Festival çərçivəsində nümayiş olunacaq filmlərin siyahısını təqdim edirik

Foto: arxiv

Sentyabrın 27-dən oktyabrın 25-dək Bakıda MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) Film Festivalı keçiriləcək.

Festivalda müxtəlif mövzularda çəkilən filmlər təqdim olunacaq.

MİKTA 2003-cü ildə BMT Baş Assambleyasının iclasında yaradılıb. Yaradılmasında əsas məqsəd informativ tədbirlər vasitəsilə dünyada baş verən çağırışlara cavab olaraq, müxtəlif, dil, mədəniyyətlər, dinlərə məxsus ölkələri birləşdirərək dünyada stabilliyə, qanunun aliliyinə töhfə verməkdir.

Festival çərçivəsində nümayiş olunacaq filmlərin siyahısını təqdim edirik:

“Ayla” (2017) – 27 sentyabr, Türkiyə, rejissor – Can Ulkay

“Garuda di Dadaku 2” (2011) – 4 oktyabr, İndoneziya, rejissor – Rudy Saedjarwo

“Cambio de Ruta” (2014), 18 oktyabr, Meksika, rejissor – Cristopher Hool

“Assassination” (2015) – 25 oktyabr, Koreya, rejissor – Choi Dong Hoon

Ana səhifəMədəniyyətBakıda MİKTA Film Festivalı başlayır