Bakı Şəhəri üzrə Təhsil İdarəsi: "Əyani təhsil 14 gün distant təhsillə əvəz olunub"
Bakının 73 nömrəli tam orta məktəbi 14 günlük distant təhsilə keçib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı press-relizdə belə deyilir.
Bildirilir ki, məktəbin 3 şagird və 5 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Azərbaycanda 2021-ci il sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.
Həmin müddətdən indiyədək 19 məktəb, 505 sinif distant təhsilə keçib.
Səhiyyə Nazirliyi hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndini vurmağı tövsiyə
edir
.
Təhsil Nazirliyinin statistikasında bildirilir ki, təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan
keçib
.
Oktyabrın 13-də Azərbaycanda koronavirusdan ölən ilk uşaq faktı qeydə alınıb.
Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu yeni növ koronavirusdan vəfat
edib
.
Oktyabrın 25-də isə Bakı şəhəri 236 saylı orta məktəbin ibtidai sinif müəllimi Gülpəri Əliyeva koronavirusdan vəfat edib.
Yerli mətbuatın yaydığı məlumatlara əsasən, son 1 ayda COVİD-19-dan ölən müəllimlərin sayı 10-a
çatıb
.
Hazırda ümumtəhsil məktəblərində tədris prosesi pandemiya qaydalarına uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə distant tədrisə keçid planlaşdırılmır.
Oktyabrın 19-da Bakıda 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasına
keçib
.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb və əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.