Bakı, Sumqayıt və Abşerona giriş qadağan edilir

Qərar yalnız xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərə şamil olunmur.

Source: Foto: sosial şəbəkə


Xüsusi təyinatlı nəqliyyata qərar şamil olunmur

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, martın 19-da saat 00.00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Qərar yalnız xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərə şamil olunmur.

Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur:

“Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir. Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılır. Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir. Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir”.

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirlərinin tətbiq olunacağı qeyd edilib.

Azərbaycanın Baş Naziri Əli Əsədov martın 17-də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsusi rejimdə iş normalarına dair təlimatları imzalayıb. Eyni zamanda, Milli Məclisin komitə və komissiyalarının işi müvəqqəti dayandırılıb.

Azərbaycanda ümumilikdə 28 koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 6 nəfərinin sağalıb, evə buraxıldığı bir nəfərin isə öldüyü bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasının yayılması ilə bağlı pandemiya elan edib.

Martın 13-də Nazirlər Kabineti təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib.

Ana səhifəSosialBakı, Sumqayıt və Abşerona giriş qadağan edilir