Bakıda hicab qadağasına etirazlarla bağlı 37 nəfər həbs edilib

Foto: Shutterstock AI

Bakıda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı baş verən etirazlardan sonra 37 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bir qrup şəxs məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanın pozulmasına, nəqliyyatın hərəkətinə və məktəblərin normal fəaliyyətinə mane olmağa yönələn hərəkətlərə cəhd edib.

Nazirlik bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə” maddəsi ilə cinayət işi başlanıb.

DİN-in açıqlamasına əsasən, cinayət işi çərçivəsində 37 nəfər həbs edilib.

Həbs edilənlərin kimliyi ilə əlaqədar ətraflı məlumat verilməyib.

Son günlər Bakının bir sıra məktəblərində hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ilə bağlı etirazlar keçirilir.

Ana səhifə ▸ Xəbərlər ▸ Bakıda hicab qadağasına etirazlarla bağlı 37 nəfər həbs edilib