Babadan qalan sənət

Şahin Həsənov Zaqatalanın Tala kəndində dülgər işləyir.

Source:
Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir
Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir

Şahin Həsənov Zaqatalanın Tala kəndində dülgər işləyir. Gənc olmasına baxmayaraq, artıq Talada və digər yaxın kəndlərdə kifayət qədər tanınır. Dülgərlik Şahin usta üçün sözün həqiqi mənasında ata-baba sənətidir. Çünki onun babası və atası da kəndin sayılan dülgərlərindən olublar. Elə bu səbəbdəndir ki, Şahin ustanın dülgərliyə meyli uşaqlıqdan başlayıb.

Dediyinə görə, bir müddət Rusiyada çalışsa da, sonda doğma kəndinə qayıdıb və ailənin geniş taxta sexinə sahiblənib.

Şahin Həsənov deyir ki, müştəriləri ən çox qapı, pilləkən, masa sifariş verir. Elə müştərinin istəyinə uyğun olaraq da sifarişlərini gövrüc, şabalıd, şam və fıstıq ağaclarından düzəldə bilir. Bu əşyaları hazırlayarakən babası Məhəmməd kişinin dəzgahından istifadə edir:

“Babam bu dəzgahı 70-ci illərdə hazırlayıb. Dəzgahın 4 mühərriki var və eyni vaxtda 4 ayrı prosesi həyata keçirir”. Xüsusən, qapı düzəldərkən bu dəzgah Şahin ustanın köməyinə gəlir. O, bütün işlərini köməkçisi olmadan görür:

“Köməkçi götürəndə gərək sənədləri qaydasında olsun. Ona görə götürmürəm. Bəzən atam kömək edir”.

Sənətinin çətin tərəflərindən danışan gənc dülgər bu işin təhlükəli olduğunu, buna görə də, əksər gənclərin dülgər olmaqdan çəkindiyini deyir:

“Elə mən də iş qəzasında barmağımı kəsmişəm. Ülgüclər çox iti olduğundan, ani diqqətsizlikdən barmağını itirə bilərsən”. Təhlükəyə baxmayaraq, Şahin usta işinə davam edir, sənətini başqalarına da öyrətmək istəyir:

“Mən universitet oxumuşam, amma gəlib sənəti davam etdirmək istədim. Düşündüm, gəlməsəm bəs bu sənətin axırı necə olsun?”

Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir
Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir
Şahin usta dəzgahda işləyərkən ehtiyatsızlıqdan barmağının bir hissəsini itirir
Şahin usta dəzgahda işləyərkən ehtiyatsızlıqdan barmağının bir hissəsini itirir
Hazırlanmış ağacı müxtəlif fiqurlara salmaq üçün istifadə olunan müxtəlif dişli mişarlar
Hazırlanmış ağacı müxtəlif fiqurlara salmaq üçün istifadə olunan müxtəlif dişli mişarlar
Yığılmış müxtəlif ölçülü taxtalar
Yığılmış müxtəlif ölçülü taxtalar
Köhnə qapıları yonaraq, müxtəlif əlavələr etməklə yeniləyir
Köhnə qapıları yonaraq, müxtəlif əlavələr etməklə yeniləyir
Dəzgahın üstünə yazılmış kəsiləcək ağacların ölçüləri
Dəzgahın üstünə yazılmış kəsiləcək ağacların ölçüləri
Ana səhifəFotoreportajBabadan qalan sənət