Bu gün, avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası baş tutub.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.
Prosesə hakim Elmar Rəhimov sədrlik edib.
Prokuror ittihamla tanış olmadığını əsas gətirdiyi üçün proses təxirə salınıb.
Növbəti məhkəmə iclası avqustun 13-nə təyin olunub.
İclasın qapalı keçiriləcəyi bildirilib.
Bu gün baş tutan açıq prosesdə isə Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova məhkəmə zalına buraxılmayıb.