Bu gün, dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsində Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovun Umbakı Qapalı Həbsxanasına köçürülməsi ilə bağlı müəssisə rəhbərinin verdiyi şikayətə baxılıb.
Prosesə hakim Samir Nəsibov sədrlik edib.
Məhkəmə 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin şikayətini təmin edib.
Bəhruz Səmədov 1 il müddətinə Umbakı qapalı tipli həbsxanasının ağır rejimli hissəsinə köçürülüb.
Vəkil Zibeydə Sadıqovanın qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.
Yaxınları deyir ki, məhkəmənin cəzaçəkmə müəssisəsində keçirilməsinə səbəb Bəhruzun ailəsi ilə görüşməsinə mane olmaqdır.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.