Azərbaycanlı rejissorun “Oturacaqlar”ı “Ən yaxşı film” seçilib

“Oturacaqlar” rejissorun diplom işidir, müasir dövrdə dağ kəndində yaşayan iki gəncin həyatından bəhs edir.

Source: Specify Source


Film rejissorun diplom işidir

Azərbaycanlı rejissor Orxan Ağazadənin dram janrında çəkdiyi “Oturacaqlar” filmi növbəti dəfə mükafata layiq görülüb.

Film Bişkek şəhərində görkəmli qızğız aktyoru Suymenkul Çokmorovun xatirəsinə həsr olunan Müstəqil Dövlətlər Birliyi (MDB) gənc rejissorlarının VII “Umut” Forumunda nümayiş olunub.

Forumda ümumilikdə 32 qısametrajlı filmi göstərilib.

Tədbirdə Azərbaycanı Orxan Ağazadə ilə yanaşı Daniel Quliyevin “Yaramaz” filmi təmsil edib.

Orxan Ağazadənin “Oturacaqlar” ekran işi beynəlxalq nominasiya üzrə “Ən yaxşı film” seçilib.

“Oturacaqlar” rejissorun diplom işidir, müasir dövrdə dağ kəndində yaşayan iki gəncin həyatından bəhs edir.

Azərbaycanlı və ingilis kinematoqrafçıların birgə ərsəyə gətirdiyi filmin ssenari müəllifi də Orxan Ağazadədir. Rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İsgəndər Abbasov və başqaları oynayırlar.

“Oturacaqlar” filmi bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq, mükafatlandırılıb.

Orxan Ağazadə Gənc Sinemaçılar Klubunun üzvüdür. London Film Məktəbini bitirib.

Ana səhifəMədəniyyətAzərbaycanlı rejissorun “Oturacaqlar”ı “Ən yaxşı film” seçilib