Azərbaycanda virusa yoluxma sayı aşağı düşdü

Qərargah son sutkada 5 955, hazırkı dövrədək isə 3 114 879 testin aparıldığını vurğulayıb.

Foto: Meydan TV


996 yoluxma, 1136 sağalma qeydə alınıb

Aprelin 19-da Azərbaycanda 996 adam COVID-19 infeksiyasına yoluxub, 1136 nəfər müalicə olunaraq sağalıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 29 nəfərin vəfat etdiyi göstərilib.

Operativ Qərargah Azərbaycanda indiyədək ümumilikdə 301661 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31953 nəfərdir".

Qərargah son sutkada 5 955, hazırkı dövrədək isə 3 114 879 testin aparıldığını vurğulayıb.

Ana səhifəSağlıqAzərbaycanda virusa yoluxma sayı aşağı düşdü