Azərbaycanda son sutkada 1017 adam koronavirusa yoluxub

“Aktiv xəstə sayı 12 min 513 nəfərdir”

Foto: Meydan TV

"16 xəstə vəfat edib"

Oktyabrın 9-da Azərbaycanda 1017 adam COVID-19 infeksiyasına yoluxub, 1119 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 16 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 491 min 147 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 471 min 980 nəfər müalicə olunaraq sağalıb, 6 min 654 pasiyent ölüb. Aktiv xəstə sayı 12 min 513 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 679, bu günə qədər isə 4 milyon 944 min 352 testin icra olunduğunu vurğulayıb.

Ana səhifəSağlıqAzərbaycanda son sutkada 1017 adam koronavirusa yoluxub