Azərbaycanda şənbə günü koronavirusdan 16 xəstə vəfat edib

Foto: Meydan.TV

“1614 nəfər yoluxub”

Yanvarın 22-də Azərbaycanda 1614 nəfər COVID-19 infeksiyasına yoluxub, 610 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 16 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 632 min 34 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 611 min 766 nəfər müalicə olunaraq sağalıb, 8 min 597 pasiyent ölüb. Aktiv xəstə sayı 11 min 671 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 846, bu günə qədər isə 6 milyon 56 min 428 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda şənbə günü koronavirusdan 16 xəstə vəfat edib