Azərbaycanda nazir yeni növ koronavirusa yoluxdu

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.

Source: APA


Anar Kərimovla təmasda olan nazirlik işçiləri karantinə alınıblar

Mədəniyyət naziri Anar Kərimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Nazirliyin məlumatına görə, nazirin analiz nümunəsinin nəticəsi müsbət çıxdığından o, karantinə alınıb.

“COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir”, – nazirliyin məlumatında bildirilir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.

Ana səhifəMədəniyyətAzərbaycanda nazir yeni növ koronavirusa yoluxdu