Azərbaycanda muzey və sərgi salonları həftənin üç günü işləyəcək

Dövlət Statistika Komitəsinin bugünkü məlumatında bildirilir ki, Azərbaycanda 239 muzey var.

Foto: Mədəniyyət Nazirliyi


Həftəsonları dezinfeksiya işləri aparılacaq

Yanvarın 25-dən Azərbaycanda muzey və sərgi salonlarının fəaliyyəti bərpa olunur.

Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsindən Meydan TV-yə bildirilib ki, muzey və sərgi salonları həftənin bazar ertəsi və cümə günləri fəaliyyət göstərəcək. Ekspozisiya zallarına baxış çərşənbə axşamı və cümə günləri olacaq. Şənbə-bazar günləri isə muzey və sərgi salonlarında dezinfeksiya işləri aparılacaq.

Dövlət Statistika Komitəsinin bugünkü məlumatında bildirilir ki, Azərbaycanda 239 muzey var. Həmçinin qeyd olunur ki, ölkədə 32 milyon kitabxana fondu olan 2927 kütləvi kitabxana, 2244 klub müəssisəsi, 29 peşəkar teatr və 349 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

Ana səhifəMədəniyyətAzərbaycanda muzey və sərgi salonları həftənin üç günü işləyəcək