Ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək
Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
Azərbaycanda gələn il həmçinin minimum pensiya məbləği 270 manat deyil, 280 manat nəzərdə tutulub.
2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
Gələn il həmçinin ehtiyac meyarı və yaşayış minimumunun həddi 270 manat deyil, 285 manat götürüləcək.
2025-ci il yanvarın 1-dən ehtiyac meyarının həddi 270 manatdan deyil, 285 manat təşkil edəcək.