Uşaqda ürək tənəffüs çatışmazlığı əlamətləri olduğu bildirilir
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib. Şagird əvvəlcə Sumqayıtda, sonra Bakıdakı 7 saylı infeksion xəstəlikləri xəstəxanasına yerləşdirilib. Gətirilərkən uşağın vəziyyəti ağır olub. O, xəstəxanada vəfat edib.
Xəstəxanadan Meydan TV-yə verilən məlumata görə, uşaqda ürək tənəffüs çatışmazlığı əlamətləri olub, saturasiyası 42-48-ə düşüb.
Rəsmi məlumata görə, bu, Azərbaycanda koronavirusdan ölən ilk uşaq faktıdır.