Azərbaycanda koronavirus: 930 yoluxma, 12 ölüm

Foto: Meydan TV

“Aktiv xəstə sayı 8 min 994 nəfərdir”

Yanvarın 18-də Azərbaycanda 930 adam COVID-19 infeksiyasına yoluxub, 703 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 12 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 627 min 15 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 609 min 480 nəfər müalicə olunaraq sağalıb, 8 min 541 pasiyent ölüb. Aktiv xəstə sayı 8 min 994 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 566, bu günə qədər isə 6 milyon 19 min 327 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 930 yoluxma, 12 ölüm