Azərbaycanda koronavirus: 9 xəstə vəfat edib

Foto: Meydan TV

“Aktiv xəstə sayı 15 min 349 nəfərdir”

Dekabrın 20-də Azərbaycanda 577 adam COVID-19 infeksiyasına yoluxub, 672 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 9 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 610 min 895 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 587 min 338 nəfər müalicə olunaraq sağalıb, 8 min 208 pasiyent ölüb. Aktiv xəstə sayı 15 min 349 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 777, bu günə qədər isə 5 milyon 757 min 381 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 9 xəstə vəfat edib