Azərbaycanda koronavirus: 9 xəstə vəfat edib

Mənbə: Meydan TV

“757 adam yoluxub”

Yanvarın 24-də Azərbaycanda 757 nəfər COVID-19 infeksiyasına yoluxub, 302 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 9 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 634 min 488 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 612 min 594 nəfər müalicə olunaraq sağalıb, 8 min 619 pasiyent ölüb. Aktiv xəstə sayı 13 min 275 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 145, bu günə qədər isə 6 milyon 70 min 424 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 9 xəstə vəfat edib