Azərbaycanda koronavirus: 854 yoluxma

Foto: Meydan.TV

“19 xəstə vəfat edib”

Dekabrın 23-də Azərbaycanda 854 adam COVID-19 infeksiyasına yoluxub, 1569 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 19 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 613 min 59 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 591 min 724 nəfər müalicə olunaraq sağalıb, 8 min 257 pasiyent ölüb. Aktiv xəstə sayı 13 min 78 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 462, bu günə qədər isə 5 milyon 788 min 891 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 854 yoluxma