Azərbaycanda koronavirus: 755 yoluxma

Foto: Meydan.TV

“18 xəstə vəfat edib”

Dekabrın 17-də Azərbaycanda 755 adam COVID-19 infeksiyasına yoluxub, 1671 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 18 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 608 min 815 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 583 min 914 nəfər müalicə olunaraq sağalıb, 8 min 167 pasiyent ölüb. Aktiv xəstə sayı 16 min 734 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 804, bu günə qədər isə 5 milyon 729 min 433 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 755 yoluxma