Azərbaycanda koronavirus: 662 adam yoluxub

Source: Meydan Tv

“14545 nəfər aktiv xəstə var”

Dekabrın 21-də Azərbaycanda 662 adam COVID-19 infeksiyasına yoluxub, 1 452 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 14 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 611 557 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edilib:

“Onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 pasiyent ölüb. Aktiv xəstə sayı 14545 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddətdə isə 5 767 538 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 662 adam yoluxub