Azərbaycanda koronavirus: 6 yoluxma, vəfat edən olmayıb

Foto: Meydan.tv

“Aktiv xəstə sayı 60 nəfərdir”

Mayın 10-da Azərbaycanda 6 nəfər COVID-19 infeksiyasına yoluxub, 5 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 638 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 869 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 60 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 890, bu günə qədər isə 6 838 458 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 6 yoluxma, vəfat edən olmayıb