Azərbaycanda koronavirus: 585 yoluxma

Foto: Meydan Tv

“16 xəstə vəfat edib”

Dekabrın 6-da Azərbaycanda 585 adam COVID-19 infeksiyasına yoluxub, 944 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 16 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 596 min 973 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 565 min 521 nəfər müalicə olunaraq sağalıb, 7 min 983 pasiyent ölüb. Aktiv xəstə sayı 23 min 469 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 385, bu günə qədər isə 5 milyon 608 min 158 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 585 yoluxma