Azərbaycanda koronavirus: 582 yoluxma

Foto: Meydan.TV

“Aktiv xəstə sayı 15931 nəfərdir”

Dekabrın 18-də Azərbaycanda 582 adam COVID-19 infeksiyasına yoluxub, 1370 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 15 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 609397 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 585284 nəfər müalicə olunaraq sağalıb, 8182 pasiyent ölüb. Aktiv xəstə sayı 15931 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10495, ötən müddətdə isə 5739928 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 582 yoluxma