Azərbaycanda koronavirus: 5 yoluxma, 1 ölüm

Koronavirus. Foto: Meydan TV

“12 xəstə sağalıb”

Mayın 18-də Azərbaycanda 5 nəfər COVID-19 infeksiyasına yoluxub, 12 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi bildirilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 685 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 pasiyent ölüb. Aktiv xəstə sayı 42 nəfərdir”.

Son sutkada 3 919, hazırkı dövrədək isə 6 862 217 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 5 yoluxma, 1 ölüm