“12 xəstə sağalıb”
Mayın 18-də Azərbaycanda 5 nəfər COVID-19 infeksiyasına yoluxub, 12 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi bildirilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 685 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 pasiyent ölüb. Aktiv xəstə sayı 42 nəfərdir”.
Son sutkada 3 919, hazırkı dövrədək isə 6 862 217 testin aparıldığı göstərilib.