Azərbaycanda koronavirus: 329 yoluxma, 12 ölüm

Foto: Meydan.TV

“358 xəstə sağalıb”

Yanvarın 10-da Azərbaycanda 329 adam COVID-19 infeksiyasına yoluxub, 358 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 12 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 621 min 563 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 605 min 919 nəfər müalicə olunaraq sağalıb, 8 min 457 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 187 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 247, bu günə qədər isə 5 milyon 948 min 270 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 329 yoluxma, 12 ölüm