Azərbaycanda koronavirus: 306 yoluxma

Source: Meydan TV

“Aktiv xəstə sayı 10 min 970 nəfərdir”

Dekabrın 27-də Azərbaycanda 306 adam COVID-19 infeksiyasına yoluxub, 560 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 11 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 614 min 936 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 595 min 658 nəfər müalicə olunaraq sağalıb, 8 min 308 pasiyent ölüb. Aktiv xəstə sayı 10 min 970 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 482, bu günə qədər isə 5 milyon 824 min 190 testin icra olunduğu icra olunub.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 306 yoluxma