Azərbaycanda koronavirus: 3 yoluxma, 2 ölüm

Foto: Meydan.TV

9 xəstə müalicə olunaraq sağalıb

Mayın 26-da Azərbaycanda 3 nəfər COVID-19 infeksiyasına yoluxub, 9 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri çıxan 2 xəstənin vəfat etdiyi bildirilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 753 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 978 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 pasiyent ölüb. Aktiv xəstə sayı 45 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 692, bu günə qədər isə 6 milyon 883 min 123 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 3 yoluxma, 2 ölüm