Azərbaycanda koronavirus: 28 xəstə vəfat edib

Foto: Meydan TV

“2401 adam sağalıb”

Noyabrın 19-da Azərbaycanda 2233 adam COVID-19 infeksiyasına yoluxub, 2401 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 28 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 570322 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 533175 nəfər müalicə olunaraq sağalıb, 7579 pasiyent ölüb. Aktiv xəstə sayı 29568 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12925, ötən müddətdə isə 5418169 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 28 xəstə vəfat edib