Azərbaycanda koronavirus: 27 xəstə vəfat edib

Foto: Meydan.tv

“1835 nəfər sağalıb”

Noyabrın 25-də Azərbaycanda 1880 adam COVID-19 infeksiyasına yoluxub, 1835 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 27 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 580 507 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu eyd edib:

“Onlardan 545 min 35 nəfər müalicə olunaraq sağalıb, 7 min 736 pasiyent ölüb. Aktiv xəstə sayı 27 min 736 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddətdə isə 5 485 509 testin aparılığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 27 xəstə vəfat edib